Open access
Proqram Sistemlərində Kiberinsidentlərin Qarşısının Alınması üçün Aktiv və Proaktiv Mexanizmlərin Tətbiqi
Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations
Abstract
Rəqəmsal texnologiyaların sürətli inkişafı, Əşyaların İnterneti , bulud texnologiyaları və paylanmış sistemlərin geniş tətbiqi kiberhücumların sayını və mürəkkəbliyini artırmışdır. Məqalədə müasir proqram sistemlərində kibertəhlükəsizliyin əsas problemləri və onların həlli yolları təhlil olunmuş, kibertəhdidlərin əsas xüsusiyyətləri, onların yaranma səbəbləri araşdırılmış, kibertəhlükəsizliyin təmin olunmasında aktiv və proaktiv yanaşmaların rolu müqayisəli şəkildə təhlil edilmişdir. Eyni zamanda, çoxqatlı müdafiə modelinin tətbiqinin zəruriliyi əsaslandırılmışdır.