Ağıllı LMS Sistemlərinin Kiberdayanıqlığının Təmin Edilməsi Mexanizmləri
Abstract
Təlim idarəetmə sistemlərinin (LMS) tətbiqi nəticəsində dövlət və özəl təhsil müəssisələri təhsilin inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Müasir texnologiyalara əsaslanan məlumatların qorunması təhsil müəssisələri üçün əsas prioritetlərdən biridir və bu sahənin daim təkmilləşdirilməsinə ehtiyac vardır. LMS sistemlərinə yönələn kiberhücumlar məxfi məlumatların sızmasına, maliyyə itkilərinə və nüfuzun zədələnməsinə səbəb ola bilər. Məqalədə kiberdayanıqlığın təmin olunmasına yönəlmiş mövcud yanaşmalar araşdırılmış, yeni metod təklif edilmiş və eksperimental qiymətləndirmə aparılmışdır.